10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7059,3 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 4883,0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1639,0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4797,1 milyon manatı və ya 68,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər