2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu azalmağa başlayıb

2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 1 241,1 mln. manat vəsait yönəldilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, investisiyanın 629,4 mln. manatı yanvar, 611,7 mln. manatı fevral ayının payına düşüb. Bu da ötən ay xarici sərmayə qoyuluşunun aylıq müqayisədə 2,8% azalması deməkdir. Həmçinin, fevral ayında xarici sərmayənin cəmi kapital qoyuluşunun xüsusi çəkisində də azalma müşahidə olunub. Xarici sərmayənin cəmi investisiyalarda xüsusi çəkisi 7,4 faiz bəndi azalaraq 64,1%-ə enib.

Hesabata əsasən, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 045,8 mln. manatı (84,3%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 834,9 mln. manat vəsait yönəldilib.

Son xəbərlər
Digər xəbərlər