13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycan İsrail və Əlcəzairdən idxala müvəqqəti məhdudiyyət qoyub

Əlcəzairin Msila əyalətindən və İsrailin Cənub dairəsindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, həmçinin Əlcəzairin Suk-Əhras və El-Bayad əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın  idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir. Məqsəd respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasıdır.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Əlcəzairin Msila əyalətində və İsrailin Cənub dairəsində xırdabuynuzlu heyvanların taun, Əlcəzairin Suk-Əhras və El-Bayad əyalətlərində isə dabaq xəstəliyi qeydə alınıb.

AQTA-dan bildirilir ki, Əlcəzair və İsraildən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

Son xəbərlər
 ⁠
Digər xəbərlər