16 C
Baku
Monday, May 20, 2024

Azərbaycan İsveçrəyə satdığı qızılın həcmini azaldıb

Azərbaycan 2022-ci ilin yanvar-aprel ayları ərzində İsveçrəyə 772.34 kq çəkidə qızıl  satıb.

Bu barədə Banker.az-a rəsmi mənbədən bildirilir.

Açıqlamaya görə, ilin ilk dörd ayı ərzində 47 milyon 832.36 min ABŞ dolları dəyəri təşkil edib.

Qeyd edək ki, qiymətli metalın 2021-ci ilin eyni dövrü üzrə İsveçrəyə ixrac həcmi 1 651.26 kq olmaqla 64 milyon 588.79 min dollar valyuta daxil olmuşdu.

Qızılın cari ildə bir kiloqramı 61 931.74 dollar təşkil edib. Bu ötən ilin eyni dövründə 39 114.85 dollar idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər