Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 66 milyon 972 min ABŞ dolları dəyərində 99 min 288 ton polietilen ixrac edilib.
“Banker.az”a Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polietilen ixracı 4.09 % paya malik olub.
Cari ilin ilk 11 ayı ərzində polipropilen ixracı isə 56 milyon 298 min ABŞ dolları dəyərində 69 min 14 min ton olub. Bu dövrdə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polipropilenin ixracı 3.44% paya malik olub.