13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan kərə yağı istehsalını azaldıb, marqarin istehsalını isə 25% artırıb

Ötən il Azərbaycanda kərə yağının və duru bitki yağlarının istehsalı azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatına əsasən, marqarin istehsalında digər yağların əksinə, artım olub.

Belə ki, 2022-ci ildə ölkədə 24733.3 ton kərə yağı, 48544.2 ton duru bitki yağı istehsal olunub. Bu göstəricilər 2021-ci ilə nisbətən müvafiq olaraq 8.3% və 7.3% azdır.

Ötən il ölkədə marqarin istehsalı isə illik müqayisədə 25% artaraq 59469.6 ton (yanvar-noyabr aylarının məlumatlarında aparılmış dəqiqləşmə (53851 ton) nəzərə alınmaqla) təşkil edib.

Komitənin məlumatına görə, 01.01.2023-cü il vəziyyətinə 84 ton hazır kərə yağı, 5948.7 ton hazır duru bitki yağı, 6794.6 ton hazır marqarin ehtiyatı var.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər