Azərbaycan 2020-ci ildə xarici ölkələrdən kartof idxalını azaldıb, ixracını isə çoxaldıb. 2020-ci ilin ilk yarmilliyində xaricə ixrac etdiyi kartofun həcmi 81.27 min ton (33.75 mln. dollar) və idxal etdiyi isə 72.29 min ton (17.86 mln. dollar) olmuşdur. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla bildirir.
Ölkəmizdən xaricə ixrac olunan kartofun Rusiyaya 69.16 min tonu, Ukraynaya 7.37 min tonu və Qazaxıstana 0.49 min tonu ixrac edilib.
Azərbaycana isə kartof iki ölkədən İrandan 36.06 min ton (8.75 mln. dollar) və Rusiyadan 35.8 min ton (8.98 mln. dollar) idxal olunub.
Azərbaycan kartofu az qala xaricə aldığı qiymətdən iki dəfə baha satıb. Hər kiloqramını 0.25 dollara idxal etdiyi halda, 0.42 dollara ixrac edib.
İxrac |
||
Ölkə | Miqdar, ton | Həcm, min USD |
Rusiya | 69155.74 | 30777.02 |
Ukrayna | 7370.4 | 1840.39 |
Qazaxıstam | 492.08 | 109.06 |
Moldova | 207.2 | 60.52 |
CƏMİ | 77225.42 | 32786.99 |
İdxal |
||
Ölkə | Miqdar, ton | Həcm, min USD |
İran | 36055.18 | 8754.28 |
Rusiya | 35795.4 | 8984.37 |
CƏMİ | 71850.58 | 17738.65 |