Azərbaycan postsovet ölkələri arasında ən bahalı futbol çempionatına malik ölkələrdən biridir.
“Transfermarket” xəbər verir ki, ölkə çempionatındakı 8 klubun toplam dəyəri 59,4 milyon avrodur.
Postsovet ölkələri arasında ən bahalı çempionat Rusiyaya (923,1 milyon avro, 16 klub) məxsusdur. İlk “üçlük”də Ukrayna (289,5 milyon avro, 12 klub), Qazaxıstan (124,6 milyon avro, 12 klub) daxildir.
Növbəti yerlərdə Belarus çempionatı (77,9 milyon avro, 16 klub), Özbəkistan çempionatı (73,75 milyon avro, 14 klub) gəlir. Çempionatı ən az bazar dəyərinə malik ölkələr isə Qırğızıstan (4,69 milyon avro, 9 klub), Tacikistan (4,5 milyon avro, 10 klub) və Türkmənistan daxildir.