Azərbaycanda 2023-ci ilin yanvar-iyun aylarında 13502.4 ton kolbasa istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə Azərbaycanda kolbasa istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.1% çox olub.
Cari ilin 1 iyul vəziyyətinə Azərbaycanda hazır kolbasa məhsulu ehtiyatı isə 33.1 ton təşkil edir.
Ümumi qida məhsullarının istehsalında isə ötən illə müqayisədə 13.1% artım olmuşdur.