11 C
Baku
Wednesday, December 11, 2024

“Azərbaycan Kredit Bankı” vəsaitlərini almayan müştərilərinə müraciət edib

Bankların məcburi ləğvi prosesini tənzimləyən Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2006-cı il 28 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair” Təlimatına müvafiq olaraq ləğvedici bankın kreditorlarının aşkar edilməsi və debitor borcunun alınması üçün tədbirlər görür, habelə bankın ləğvi haqqında onun kreditorlarına bildiriş göndərir. Bu barədə “Azərbaycan Kredit Bankı” ASC-nin kreditorlarına müraciətində məlumat verilib.

Qeyd olunan təlimata əsasən, ləğvedici tərəfindən qəbul edilmiş öhdəliklərin kreditorlardan asılı olan səbəblərdən (kreditorla əlaqə saxlamaq mümükün olmadıqda və ya o, banka gəlmədikdə) yerinə yetirilməsi mümükün olmadıqda, ləğvedici müvafiq öhdəliklər qrupu üzrə hesablaşmalar qurtardıqdan sonra kreditora ödənilməmiş məbləği qanunvericiliyə uyğun olaraq notariusun depozit hesabına köçürür.

Sözügedən təlimatın tələbinə müvafiq olaraq məcburi ləğv prosesində olan “Azərbaycan Kredit Bankı”nda cari hesablarda vəsaitləri qalmış şəxslərin hər birinə rəsmi qaydada bildirişlər göndərilsə də, həmin məbləğlər vəsait sahibləri tərəfindən hələ də götürülməyib.

“Bank kreditorlarından xahiş edir ki, ən qısa müddət ərzində hazırda məcburi ləğv prosesində olan Banka gələrək onlara çatacaq məbləği götürsünlər. Əks təqdirdə, təlimata uyğun olaraq onlara catacaq məbləğ notariusun depozit hesabına köçürüləcək”, – deyə müraciətdə bildirilir.

Qeyd edək ki, məcburi ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC-dir.

Xatırladaq ki, AMB-nin İdarə Heyətinin 2015-ci il 10 iyul tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 29 iyul tarixli qərarı ilə Bankın məcburi ləğv edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company”nin təyin edilməsi qərara alınıb.

Ləğvetmə prosesi “Azərbaycan Kredit Bankı” ASC-nin Bakı şəhərinin Nəsimi rayonu, Nizami küçəsi,167A (əvvəlki Nizami,111) ünvanında yerləşən baş ofisində həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər