10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib

Azərbaycan Kredit Bürosu (AKB) 24 avqust 2020-ci il tarixindən yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə təqdim etmişdir. 

Banker.az “Azərbaycan Kredit Bürosu”na istinadən məlumat verir.

Proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı – 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır. 

Təqdim olunmuş yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir. 

Yeni kredit skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlar. 

Yeni servisin skor şkalası 1-1000 arasında olacaqdır.

Məlumat üçün bildirək ki, AKB ölkənin 8 bankı tərəfindən 2018-ci ildə təsis edilmişdir. Cari dövrə AKB-nin əməkdaşlıq etdiyi təşkilatların sayı 137-yə çatmışdır.

image2 2

Son xəbərlər
Digər xəbərlər