“Azərbaycan Kredit Bürosu” MMC-də (AKB) yeni təyinat gerçəkləşib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, Kamal Mirzəyev Data Analitikası, Modelləşdirilməsi və Proqnozu üzrə rəhbəri təyin edilib.
Qeyd edək ki, Kamal Mirzəyev buna qədər “Kapital Bank” ASC-də müştəri məlumatlarının modelləşdirilməsi və proqnazlaşdırılması üzrə menecer, “Alliance Logistik” MMC də Statisitka və Hesabatlılıq üzrə şöbə rəhbəri vəzifələrində çalışıb və hal-hazırda UNEC-də MBA Biznes Analitikası kafedrasında Data Analitika və Proqnolaşdırma Modelləri ilə bağlı dərsləri tədris etməkdədir.