“Meta” Donald Trampa $1 mln. bağışlayıb

Donald Trampın innaqurasiya fondu Mark Zukerberqin “Meta” şirkətindən 1 milyon dollar alıb, “The Wall Street Journal” yazır. Daha əvvəl Donald Tramp ilə Mark Zukerberq arasında görüş olub. Şam yeməyində cənab Zukerberq şirkətin ən son ixtirasını – “Ray Ban” eynəyini nümayiş etdirib və onları respublikaçıya hədiyyə edib.

“Facebook” və “Instagram” 2021-ci ildə Kapitoliya hücumu ilə əlaqədar Donald Trampı sosial şəbəkələrdə bloklayıb. 2023-cü ilin əvvəlində respublikaçının hesabları blokdan çıxarılıb.

2024-cü ilin avqustunda cənab Tramp vəd etmişdi ki, 2024-cü il seçkilərinə təsir göstərməyə çalışarsa, cənab Zukerberq “həyatının qalan hissəsini həbsdə keçirəcək”. Qeyd edək ki,  “Meta”nın rəhbəri seçkilərdə heç bir namizədi dəstəkləməyib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər