“Zəngəzur dəhlizi Laçın dəhlizi kimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası və Azərbaycanın digər əraziləri ilə təmin etməlidir”, – dövlət başçısı bildirib.