6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Mərkəzi Bankı 170 mln. manat dəyərində olan zavodu cərimələyir

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən tikinti şirkəti “Akkord”un zavodu barəsində inzibati xəta protokolu yazıb, 31 mayda Nərimanov Rayon Məhkəməsinə göndərib.

Banker.az xəbər verir ki, haqqında cərimə protokolu tərtib edilən  “Qazax Sement Zavodu” MMC-dir.

Məlumata görə, elektron məhsullar satışı həyata keçirən şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnib. Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Bu maddədə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“Qazax Sement Zavodu” MMC respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Respublikanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir.

Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3 500 ton təşkil edir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanmış, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilmişdir.

Zavod istifadəyə verildiyi tarixdə də dövlət qeydiyyatına alınmışdır. Şikrətin 170 milyon manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər