Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə savadlılığı” portalı (www.bizimpullar.az) üçün öyrədici animasiyaların hazırlanması işlərinin satın alınması ilə bağlı kotirovka sorğusunun yekunlarını açıqlayıb. Bu barədə Banker.az saytına AMB-dən bildirilir.
Satınalmalar Komissiyasının 21 sentyabr 2018-ci il tarixli qərarına və AMB-nin inzibati binalarının fasadlarının təmizlənməsinə dair xidmətlərin satın alınması, AMB üçün CDS-250 məhvedici sistemin bıcaqlarının itilənməsi işlərinin satın alınması, xəzinə avadanlığı üçün ehtiyat hissələrin satın alınması, printer və surətçıxarma aparatı kartriclərinin satın alınması ilə bağlı kotirovka sorğuları üzrə Satınalmalar Komissiyasının 03 oktyabr 2018-ci il tarixli qərarına əsasən, müvafiq olaraq 1-ci məsələ üzrə “GT SOLYUŞNZ” MMC, 2-ci məsələ üzrə “TƏMİZKOM” MMC, 3-cü məsələ üzrə “GORF” MMC, 4-cü məsələ üzrə “HALAL TS” MMC və 5-ci məsələ üzrə isə “AZTONER” MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır