Azərbaycan Mərkəzi Bankı daha bir valyuta mübadilə məntəqəsi olan “Eliko” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar verib.
Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat məbləğində cərimə edilmişdir.

 
                                    




