8 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan Mərkəzi Bankı FED-in faiz qərarının manata təsirini şərh etdi

FED 1994-cü ildən bəri ən yüksək artım kimi dəyərləndirlən qərar dünya iqtisadçılarını müxtəlif qütblərə bölüb. ABŞ dollarının indeksi isə son iyirmi ilin maksimumunu yenləyərək 115 bəndi gördü. Avro, funt-sterlinq, yapon yeni və s. inkişaf etmiş ölkələrin pulları ehtiyat limanı sayılan dollara qarşı dəyər itiriblər.

Banker.az xəbər verir ki, fond birjaları son illərin ən durğun dövrünə ayaq basıb.

Mərkəzi bankların anti-inflyasiya aləti olan uçot faiz dərəcəsi ABŞ-da 2008-ci ildən bu tərəfə maksimum həddə çatdırılsa da qiymətlər hələ də soyumayıb və 2024-cü ilədək faiz artımı gözlənilir. Avqusta illik orta inflyasiya 8.1%-ə düşəcəyi gözlənilsə də, 8.3% təşkil etdi. Bu da son 40 ilin maksimumudur.

Fərqli ssenarilərin irəli sürüldüyü bir vaxta bunun Azərbaycan üçün hansı təsiri olacağına rəsmi tərəf – Azərbaycan Mərkəzi Bankı da aydınlıq gətirib.

AMB-nin Pul siyasəti departamenti direktor Azər Ələsgərov deyir ki, nominal effektiv məzənnə Azərbaycanda inflyasiyaya təsir göstərən başlıca amillərdən biridir.

“Bu ilin ilk səkkiz ayında manatın nominal effektiv məzənnəsi 6.1 faiz möhkəmlənib. FED-in son qərarından sonra nominal effektiv məzənnənin artım tempinin bir qədər yüksələcəyini gözləmək olar”.

AMB rəsmisinin dediyi nominal məzənnə cari ilin əvvəlində 85.4 bənd təşkil edirdi və avqustun sonuna 95.6 bəndə yüksəlib.

Dövlət televiziyası AzTV-də bildirilir ki, ölkənin tədiyə balansında üstün paya sahib olan investisiya növü üzrə daxilolma və xaricolmalara FED-in faiz qərarının təsir edəcəyi əhəmiyyətli dərəcədə gözlənilmir. Səbəb kimi kapital hesabının faiz parametrlərində deyil, digər amillərdən də təsirlənmədir.

Son xəbərlər
Digər xəbərlər