Mərkəzi Bank 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim ediləcəkdir:
- 22 yanvar
- 12 mart
- 23 aprel
- 11 iyun
- 23 iyul
- 10 sentyabr
- 22 oktyabr
- 10 dekabr
Qeyd olunan tarixlərdən 22 yanvar, 23 aprel, 23 iyul və 22 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.
Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.