Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üçün açıq tender elan edir.
AMB-dən verilən məlumata görə, tender proseduru 21 avqust 2017-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.
İddiaçı qismində Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 1 noyabr 2017-ci il tarixdən ən azı 12 (on iki) ay ərzində qüvvədə olması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üçün rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari sığorta bürosunun iştirakçısı sığortaçılarının reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər. İddiaçının kapitalı Maliyyə Nazirliyi kollegiyasının qərarına uyğun sığortaçılar üçün tələb olunan 5 000 000 manatdan az olmamalıdır.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 18 avqust 2017-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən geci 9 avqust 2017-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.
İddiaçılar tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 300 manat köçürməlidirlər.