Azərbaycan Mərkəzi Bankının Maliyyə savadlılığı şöbəsinə yeni müdir təyin edilib.
Bu barədə Banker.az AMB-yə yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.
Məlumata görə, bu şöbəyə Vüsal Həsənov təyinat alıb.
V.Həsənov artıq 2020-ci ilin əvvəlindən başlayaraq vəzifəsinin icrasına start verib.
O, buna qədər 28 noyabr 2019-cu il tarixdə Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışıb.
V.Həsənov hazırda ADA Universitetində də çalışmaqdadır. Həmçinin Deyvis Kaliforniya Universiteti və Pensilvaniya Ştat Universitetində MBA və fəlsəfə elmlər doktoru dərəcəsinə yiyələnib.
Bu Həsənovun AMB-də ilk iş təcrübəsi deyil. Belə ki, o, maliyyə sektoru kimi ilk işinə 2010-cu ildə başlamış və 2013-cü ildən “PAŞA Bank”a layihə rəhbəri kimi təyinat almışdı.