6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 500 milyon manata qaldırılıb

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Bildirilib ki, dəyişikliklərə görə Qanuna 5.0.6-1-ci maddə əlavə edilib. Bu maddədə deyilir: “5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”. 10.2-ci maddədə isə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilir. Bu isə o deməkdir ki, Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılır.

Qanun layihəsi Azərbaycan Respublikası Mərkəzi Bankının öz məqsədlərinə nail olunması üçün onun funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, əldə olunan məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək kimi yeni funksiyaların əlavə olunmasını nəzərdə tutur.

Layihə səsə qoyularaq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər