9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə dəyişiklik edib.

Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunda nəzərdə tutulmuş mərkəzləşdirilmiş kredit reyestrində qeydiyyata alınan şəxslər, “Daşınar əmlakın yüklülüyü haqqında” qanunda nəzərdə tutulmuş daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması ilə bağlı yüklülük sahibi, borclu və yüklülük verən, “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinə dair bağlanılmış icbari sığorta müqavilələri üzrə sığortalılar, “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması ilə bağlı mülkiyyətçilər, elektron imzalar üzrə sertifikat xidmətlərindən istifadə edən şəxslər, məsafədən maliyyə xidmətlərinin əldə edilməsi üçün müraciət edən şəxslər, vergi, rüsum, gömrük yığımları, icarə haqqı və digər kütləvi xidmətlər üzrə ödənişlərin toplanılması və fiziki şəxslər, hüquqi şəxslər və dövlət qurumları arasında hesablaşmaların aparılması məqsədilə özünün yaratdığı informasiya sistemlərində ödəniş aparan və ya qeydiyyata alınan şəxslər ölkə vətəndaşları olduqda ─ şəxsiyyət vəsiqələri üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi üzrə məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə edə biləcək.

Xatırladaq ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə görə, AMB yalnız kommunal, rabitə və digər kütləvi xidmətlərə görə ödənişlərin qəbulu üzrə mərkəzləşdirilmiş informasiya sistemində qeydiyyata alınan şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatları sözügedən sistemdən əldə edə bilirdi.

Son xəbərlər
Digər xəbərlər