Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 5 101,2 mln. ABŞ dolları təşkil edib.
AMB-yə istinadən, bu, avqustun 1-i ilə müqayisədə 68,1 mln. dollar və yaxud 1,35% çoxdur.
İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 126,8 mln. dollar və yaxud 28,35%, son 1 ildə isə 908,7 mln. dollar və yaxud 21,67% artıb.
Pul bazası artıb
Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 8 468,4 mln. manat təşkil edib.
İlin əvvəlinə nisbətən pul bazası 607,9 mln. manat və yaxud 7,73%, son 1 ildə isə 1 056,2 mln. manat və yaxud 14,25% artıb.