1 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi yüksəkdir”

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, banklarının kredit portfelləri bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəldib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnikə deyir ki, Fondun yaradılması Azərbaycanda makroiqtisadi proseslərin dayanıqlı inkişafı istiqamətində atılan mühüm addımdır:

“Ölkə iqtisadiyyatının ən mühüm struktur problemlərindən biri məhz bank-maliyyə sektoru, kredit resurslarına real sektorun çıxışındakı problemlər ilə bağlı idi. Təəssüf ki, banklarının kredit portfelləri bir çox hallarda istehlak kreditləri kimi iqtisadiyyat üçün problemli ola bilən seqmentlərə yönəlmişdi”.

Elşad Məmmədov
Elşad Məmmədov
Son xəbərlər
Digər xəbərlər