10 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Maliyyə Nazirliyi beynəlxalq məsləhətçi cəlb edir

Azərbaycan Maliyyə Nazirliyi “Azərenerji” ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə tender elan edib. Bu barədə Nazirliyin Tender Komissiyası məlumat yayıb.

Tender proseduru 2016-cı il aprelin 29-da saat 10:00-da Maliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. Tenderdə iştirak etmək üçün iddiaçılar 2 min manat məbləğində iştirak haqqı ödəməlidir və tender təklifinin 5%-i həcmində bank təminatı təklif etməlidirlər.

Tender təklifləri 2016-cı il aprelin 28-də saat 10:00-dək Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır.

Report

Son xəbərlər
Digər xəbərlər