2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan marketlərində baş verən xoşagəlməz hadisələr – Blogger sorğu aparıb

Elə bir şəxs yoxdur ki, marketdə, mağazalarda hər hansı xoşa gəlməz hadisə ilə üzləşsin. Bununla bağlı apardığım sorğuya nəzər yetirək:

Akif Əsgərov: Günlərin bir günündə Azərbaycanda son günlər varlıların iri marketi sayılan marketə daxil olmuşdum. Gördüklərim məni şoka saldı. Orada yumurtanı demə kilo ilə satırlarmış. Çünki çekdə 30 ədəd yumurtaya 10 manat 50 qəpik çıxdılar. Ədədlə hesablasaq 10.50/30=35 qəpik edir.

Sahib Ağayev: Bakıda böyük bir marketdə anisanitariya hökm sürdüyünü diqqətimi çəkən siçanla gördüm. Bu azmış kimi bir ədəd misal üçün tomat bankasınn üstündə 2 ədəd qiymət gördüm. Soruşanda dedilər köhnə yaddan çıxıb üstündə qalıb.

Vasif Süleymanov: Marketdə vitrində bir qiymət, kassada bir qiymət olur. Vəziyyətdən çıxmaq üçün atırlar işçinin üstünə. Bunu sonda videosunu çəkib, ictimaitləşdirsəmdə xeyri olmadı.

Samir Ələkbərov: Marketə daxil olduqda vaxtı keçmiş malların üzərinə yeni istehsal tarixi vurub, vaxtı uzadırlar. Bu da bir çox xəstəliklərə yol açır.

Saleh İmanov: Vəziyyət o qədər acınacaqlıdır ki, az qalırsan gedib başqa ölkədən mal alasan. 2 mərtəbəli marketdən 4 dəfə mal almışam. Pendir, smetan, ofsyanka, un hər dəfə rastıma qurdla dolu olub içi.

Lalə Əliyeva: Kompaniyalardakı endirim malların çoxunun vaxtı keçmiş olur. Ona görədə mən bu səbəbdən kompaniyadakı məhsulları almıram və məsləhət də görmürəm.

Jalə Əhmədova: Marketlərdə çox vaxtı şikayətlərə baxmırlar. Nədənsə şikayətin olanda bunu zəng və ya şəxsi bildirdikdə effekti olmur. Çünki rəhbərliyin burada əli olur.

Xanım Səfərova: Şikayətim kobud davranışlara qarşı olub. Effektini görməmişəm. Bundan əlavə çeklərin qanuna uyğun olmamağına.

Vəli Əliyev: Online kassa aparatı quraşdırılıb və mən nağdsız alış-veriş etdim. Vergilər Nazirliyi, ƏDV-ni nə vaxt geri alacağam? Görünür heç vaxt. Səbəbi Nazirlər Kabinetinin qaydaları təstiq etməməsini göstərirlər.

Göründüyü kimi problem çoxdur, çıxış yolu da var. Sadəcə hər kəs bir işi görəndə düşünməlidir ki, məndən çıxıb problem qardaşıma yox özümə dəyir. Çünki biz Azərbaycanda yaşayırıq. Eyni sudan və havadan qidalanırıq. Hörmət isə hörmətə bağlıdır. Bu gün sən işini düz görmürsən, sabah o. Bu isə böyüyüb ölkə kənarından çıxır. Sonra da, kənarda özümüzə qarşı hörmət axtarırıq. Olmaz ki, bunu daxildə, işimizi vicdanla görməklə bunu həll edək?

İqtisadçı-ekspert Rauf Qarayev




Son xəbərlər
Digər xəbərlər