2024-cü ilin mart ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barrel olub.
Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilir.
Bu öncəki fevral ayında 598 min barrel olmuşdu.
Bunun 481 min barrelini xam neft, 124 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.