Bu ilin mart ayında Azərbaycanda gündəlik neft hasilatı 0,47 milyon barel təşkil edib və bu, fevralda qeydə alınmış göstərici ilə eynilik təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilib.
IEA analitiklərinin hesablamalarına görə, martda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,08 milyon barel geri qalıb.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.