Bu ilin may ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 40.97 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan aprel ayına nisbətən 3 pillə irəlilyib.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (181,79 MB/S), sonuncu yeri isə Sudan (140-cı yer, 1.22 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb. Əvvəlki ayla müqayisədə dəyişiklik olmayıb.