18 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan “McDonalds” restoranlarının sayına görə Avropada 33-cü yerdədir

Azərbaycan ölkədə “McDonalds” restoranlarının sayına görə, dünyada 33-cü yerdə qərarlaşıb. Bu barədə “Vividmaps” saytı məlumat verir.

“Azərbaycanda 12 “McDonalds” restoranı fəaliyyət göstərir, ölkə bu göstərici üzrə Avropa dövlətləri arasında 33-cü yerdədir”, – məlumatda qeyd olunur.

2017-ci ildə dünyada cəmi 37 241 “McDonalds” restoranı fəaliyyət göstərib.

“Avropada onların sayı 8345 təşkil edib. Almaniya 2017-ci ildə ən çox sayda McDonalds restoranı olan Avropa ölkəsidir. Orada bu cür restoranların sayı 1480 təşkil edib”, – “vividmaps” saytı qeyd edir.

2017-ci ildə “McDonalds” restoranlarının sayına görə, Avropa qitəsində ikinci yerdə 1442 restoranla Fransa (Monako daxil olmaqla), üçüncü yerdə – 1285 restoranla Böyük Britaniya qərarlaşıb.

Daha sonra 645 restoranla Rusiya, 556 retoranla İtaliya (San-Marino daxil olmaqla), 509 restoranla İspaniya (Gibraltar), 402 restoranla Polşa, 246 restoranla Niderland, 214 restotranla İsveç gəlir. Avropa ölkələrinin ilk onluğunu ən çox sayda McDonalds restoranları ilə 192 rəqəmi ilə Avstriya bağlayır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər