10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan MDB ölkələrinə valyuta axınını ‘azaldır’

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin adları məlum olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə MDB ölkələrindən Azərbaycana ən çox məhsul idxal edən ölkə Rusiyadır.

Azərbaycana bu il MDB ölkələri üzrə idxalın dəyəri 2 274 160.41 min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələrindən Azərbaycana idxal 18.2% azalıb.

10 ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiyadan sonra Ukrayna və Belarus qərarlaşıb.Rusiyadan idxalın dəyəri 1 629 358.89 min ABŞ dolları, Ukraynadan 346 325.66 min dollar, Belarusdan isə 91 387.58 min dollar olub.

Bu il Azərbaycana ən az idxal edən MDB ölkələri isə Moldova (2 808.6 min dollar), Qırğızıstan (2 576.84 min dollar) və Tacikistandır (3.93 min dollar).

mdb

Son xəbərlər
Digər xəbərlər