Bu ilin yanvar ayında Azərbaycan 22 milyon 512 min ABŞ dolları dəyərində 42 min ton meyvə-tərəvəz idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon 95 min ABŞ dolları ( 56.1 %) və ya 13 min 353 ton (46.4 %) çoxdur.
Bu dövürdə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 2.86 %-ni təşkil edib.