Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.
Banker.az-ın məlumatına görə, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.
Bu ilin əvvəlindən yığmanı çalışdıran xorvatiyalı mütəxəssisin işini müzakirə edən komitə üzvləri AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı uğursuz hesab edib. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq mütəxəssis istefaya göndərilib.