2024-cü ilin birinci rübündə Azərbaycan ərazisində istehsal edilən alüminium və mis məmulatları istehsalının həcmində xeyli artım var.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, ilin ilk 3 ayında ölkə ərazisində 14 716 tonluq alüminium məmulatları istehsal edilib və bu da 2023-cü ilin eyni müddətindəki göstəriciləri 90 faiz artımdır. 2023-cü ilin ilk üç ayında 7 727 ton bu adda məhsullar istehsal edilmişdi.
Hesabat müddəti ərzində, mis məftil istehsalının həcmi 106 faiz artaraq 27.92 min ton təşkil edib. İstehsal edilmiş mis məftillərinin demək olar ki, hər biri əmtəəlik olub.