20 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan mobil internetin sürətinə görə geriləyib

2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34.93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb.

Bu barədə “Speedtest Global Index”in hesabatında bildirilir. Azərbaycan noyabr ayına nisbətən 3 pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169.51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5.18 MB/S) qərarlaşıb.

Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə 2 pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.15 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225.71 MB/S), sonuncu yerdə isə Kuba (1.91 MB/S) qərarlaşıb.

Ötən il şəhərlərin renkinqində Bakı mobil internetin sürətinə görə 1 pillə geriləyərək 37.94 MB/S sürətlə 76-cı yerə sahiblik edib.

Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan paytaxtı 29.5 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 4 pillə geriləmə deməkdir.

Şəhərlərin renkinqi üzrə isə mobil internetdə 172 şəhər, sabit genişzolaqlı internetdə isə 194 şəhər rəqabət aparır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər