22 C
Baku
Thursday, May 2, 2024

Azərbaycan mobil operatorları 4 ayda ₼354 milyon gəlir əldə edib

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12.1 faiz artaraq 920.8 milyon manat təşkil etmişdir ki, onun da 77 faizi əhali tərəfindən istehlak olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xidmətlərdən əldə edilən gəlirin 38.5 faizi və ya 354.2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

Hazırda Azərbaycanda 4 mobil operator mövcuddur ki, onlardan 3-ü (“Azercell”, “Bakcell” və “Azərfon”) bütün ölkə, 1-i (“Naxtel”) isə yalnız Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər