2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan nərə balığının kürüsünü kimlərə satıb? – 1 kq= $919

Azərbaycanda soyuq delikates kimi istehlak edilən premium məhsul – qara kürünün istehsalı 2023-cü ildə yarım tona çatmaqla son illərin ən yüksək göstəricinə nail olub. Ölkəyə bunun ixracına görə 487 min dollar valyuta daxil olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə ərazisində 529.6 kq nərə balığının kürüsü istehsal edilib və bu illik müqayisədə 140.8 kq və ya 36 faiz çoxdur. 2022-ci ildə bu məhsuldan 388.8 kq istehsal edilmişdi.

Qara kürünün demək olar ki 99%-i əmtəəlik olub.

Azərbaycan 2023-cü ilin 11 ayında xaricə 530 kq-a yaxın qara kürü ixrac edib. İxrac edilən qara kürünün 170 kq-ı ABŞ-yə ($123.7 min), 170 kq-ı Rusiyaya ($109 min), 100 kq-ı BƏƏ-yə ($104.4 min), 20 kq-ı Sinqapura ($29.3 min) 70 kq-ı digər ölkələrə ($120.6 min) satıb.

İxrac edilmiş 1 kq nərə balığı kürüsünün dəyəri 919 ABŞ dolları və ya indiki məzənnə ilə 1 562 manat təşkil edib.

Bununla belə Çindən 6 050 ton həcmində ($1 815.6 min) nərə balığının kürüsü idxal edilib.

Son xəbərlər
Digər xəbərlər