10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan nefti bahalaşaraq yenidən 100 $/bbl-ə istiqamətlənir

Azərbaycanın dünya bazarına çıxardığı neftin qiyməti yenidən bahalaşaraq 98 dollar/barreli ötüb.

Banker.az xəbər verir ki, Azer Light markalı xam neftin bir barreli sutka ərzində 77 sent, yaxud 0.8% bahalaşmaqla 98.23 səviyyəsinə çatıb.

Qeyd edək ki, ötən gün qlobal birjalarda neftin qiymətində bahalaşma müşahidə edilirdi.

OPEC-in aylıq hesabatına əsasən, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0.08 milyon barel/sutka artaraq orta hesabla 0.82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bu da o deməkdir ki, neftin qiyməti 90 dollar üzərində olarsa, günlük ölkəyə bu məhsuldan 74 mln. dollar üzərində valyuta gəlməsinə səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər