2021-ci ilin yanvar-noyabr ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.
Banker.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 12 mln. 93 min 337 ton həcmində Azərbaycan nefti ixrac olunub.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı İsrail olub. Belə ki, 11 ayda Xorvatiya 1 mln. 530 min 609 ton Azərbaycan nefti alıb.
Portuqaliya və Hindistan ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-noyabrda Portuqaliya 1 mln. 160 min 910 ton, Hindistan isə 1 mln. 261 min 380 ton həcmində Azərbaycan nefti alıb.