Azərbaycan nefti dünya birjalarında 45 dollara yaxınlaşıb.
Banker.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir bareli 1.45 dollar, yəni, 3.35% artımla 44.77 dollar olub.
Bildirək ki, Azərbaycan nefti oktyabr ayında dünya birjalarında ucuzlaşma ilə paralel ucuzlaşmış, 37.65 dollar/barel səviyyəsinə düşmüşdü.
Son bir həftədə isə ən mühüm bahalaşma 8%-ə qədər günlük dinamika ilə noyabrın 10-da qeydə alınıb.
Bildirək ki, hazırda Brent markalı xam nefti 43.63 dollar/barelə düşüb. Bu günlük 0.39% ucuzlaşma deməkdir.