Azərbaycan neftinin qiyməti 50 dolları ötüb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar ucuzlaşaraq 47,96 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar azalaraq 48,95 dollar olub.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar bahalaşaraq 50,03 dollar təşkil edib.