Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,3 dollar və yaxud 1,65% artıb.
“Azeri LT CIF” markalı neftin qiyməti 80,29 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Texas nefti WTI 0.62$, yəni, 0.90% bahalaşaraq 69.87$, Brent Crude 0.28$ yəni, 0.35% bahalaşaraq 79.34$ olub.