9 C
Baku
Tuesday, December 16, 2025

Azərbaycan noyabrda genişzolaqlı internetin sürətinə görə geriləyib

Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 86.15 MB/S sürətlə 85-ci yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.

Azərbaycan mobil internetin sürətinə görə oktyabr ayına nisbətən noyabrda 1 pillə irəliləyərək 83.37 MB/S sürətlə 103 ölkə arasında 52-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.

Son xəbərlər
Digər xəbərlər