10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan noyabrda gübrə alışını kəskin artırıb

2020-ci ilin ilk 11 ayında  Azərbaycan 96 milyon 148 min ABŞ dolları dəyərində 328 min 115 ton gübrə idxal edib. 

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 963 min ABŞ dolları(12.9%) az, yaxud da 9 min 317 ton (3%) çoxdur. 

Qeyd edək ki, təkcə bu ilin noyabr ayı ərzində ölkə 9 milyon 466 min dollar dəyərində 32 min 920 ton gübrə idxal edib ki, bu, oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 36.5%, və yaxud həcm ifadəsində  62.2% çoxdur.

Hesabat dövründə gübrə idxalının ümumi idxalda payı 0.99% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər