2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan “OPEC plus”un qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilir ki, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, bu dəfəki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.

Son xəbərlər
Digər xəbərlər