3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 241 faiz yerinə yetirib

2022-ci ilin yanvarında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,58 milyon barel/sutka təşkil edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında məlumat verilib.

Bu göstərici ötən ilin dekabr ayında 0,6 milyon barel/sutkaya bərabər idi.

Qeyd olunub ki, yanvar ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 241 faiz yerinə yetirib: “2021-ci il dekabr və 2022-ci il yanvar ayları üzrə hədəf göstərici 0,65 milyon barel/sutka və 0,66 milyon barel/sutka müəyyən edilib”.

Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən, Azərbaycanın fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 50 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 675 min barel/sutka təşkil etməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər