19 C
Baku
Friday, May 3, 2024

Azərbaycan ötən ay mobil internetin sürətinə görə geriləyib

2023-cü ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 146 ölkə arasında 43.80 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.

Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan noyabr ayına nisbətən 1 pillə geriləyib.

Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (303.21 MB/S), sonuncu yeri isə Kuba (146-cı yer, 3.54 MB/S) tutub.

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dekabrda dünyada 115-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləmədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər