-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan ötən il $7 mlrd.-a yaxın birbaşa xarici investisiya cəlb edib

2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6.7 milyard ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk 5 ölkə Böyük Britaniya (1.9 milyard ABŞ dolları), Türkiyə (1.3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər