14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Özbəkistana qeyri-neft məhsullarının ixracını artıra bilər

Özbəkistan Azərbaycandan azot gübrəsi, politilen, şəkər, heyvandarlıq məhsulları almaq istəyir.

Bunu Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda Özbəkistanın Ticarət-Sənaye Palatasının sədr müavini Farhodjon Toşbulotov bildirib.

Onun sözlərinə görə, bu məsələ ölkəsinin rəsmilərinin İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin, eləcə də “Azərsun Holdinq” MMC-nin nümayəndələri ilə görüşündə müzakirə olunub.

F.Toşbulatov əlavə edib ki, bugünki tədbir ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq: “Ölkələrimiz arasında dostluq, qarşılıqlı marağa xidmət edən əməkdaşlıq var. Hazırda Prezident İlham Əliyev Özbəkistanda səfərdədir. Bu, bir daha iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Son illər əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Heç bir sahə bu tərəfdaşlıqdan kənar qalmayıb. Bu baxımdan ticarət-iqtisadi münasibətlər digər sahələr üçün açar roluna malikdir. Bu gün iki ölkənin ixrac və idxalı arasında qeyri-tarazlığı müşahidə edirik. Disbalansın aradan qaldırılması istiqamətində səyəlirimizi əsirgəməyəcəyik. Hazırda Özbəkistandan Azərbaycana əsasən toxuculuq, maşınqayırma, ərzaq məhsulları ixrac edilib. Hazırda həmin məhsulların ixracatçıları biznes forumda iştirak edirlər. Azərbaycandan isə Özbəkistana xam neft, neft məhsulları, alminum göndərilir”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər